“Bələdiyyə olaraq əvvəlki illərlə müqayisədə büdcə gəlirimizi bir xeyli artıra bilmişik”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə ilk dəfə olaraq altı ay ərzində 11 min manatdan artıq maliyyə vəsaiti toplaya bilib.
“Vergi ödəyicilərimiz bizim həm də seçicilərimizdir. indiki məqamda isə bələdiyyə üzvü olaraq hər bir ödəyicimizlə görüşməklə bələdiyyənin məqsəd-mərami izah edilmiş, ödənilən hər bir manatın sonda vətəndaşın probleminin həllinə yönəldiyini qeyd etmişik. intensiv görüşlər sayəsində əhalinin borclarının azalda bilmişik.
Hazırda altı ay ərzində əmlak vergisindən 8.320 manat, torpaq vergisindən 441 manat, mehmanxana və kurort-sanatoriya rüsumunun ödənişi üzrə 1331 manat, avtodayanacaq üzrə 30 manat, icarə haqqı üzrə 1500 manat bələdiyyə büdcəsinə maliyyə vəsaiti daxil olub. Ümumilkdə altı ay ərzində büdcə gəlirimiz 11.623 manat olub.
əldə edilən vəsaitin 2032 manatı maddı yardımlara, 3693 manatı əməkhaqqına,1040 manat DSMF yə, 874 manat digər xərclərə, maddi mədəni kütləvi tədbirlərin təşklinə 350 manat xərclənib.
Bu gün əsas məqsədimiz qəsəbədə bələdiyyənin nüfuzunu artırmaqla, qarşılaşdığı problemlərin həllinə nail olmaqdır.
Belediyye.info